İİK haqqında

İİK Baku

İİK Baku kurslarında, yalnız Almaniyada yüksək təlimlər keçmiş və sertifikatlanmış Dil müəllimləri çalışır və tələbə olmağa hazırlaşanları, tələbələri və işləyənləri Almaniyada tanınan və qəbul olunan dili imtahanlarina hazirlayırlar.

Dil hazırlıg səviyyəsi B2 / DSH II səviyyəsinə çatdıqda TestDaF-imtahanı ilə nəticələnən Almaniyanın Yena(Jena) şəhərində yerləşən İİKe.V İnstitunda keçirilən TestDaF-hazirliq kursunda içtirak etmə imkanı əldə edilir.

Almaniyada təhsil üzrə məsləhətlər

İİK Baku tədris mərkəzində Almaniyada təhsil uzrə məsləhətlər təklif olunur və Almaniya ali məktəblərinə gəbul olunmasında, həmçinin Azərbaycanda başlanan Bakalavr təhsilinin Almaniyada davam etdirilməsində köməklik göstərilir.

İİK Baku Dosentləri

İİK Baku kurslarında gənc, səriştəli və yüksək səviyyəli müəllim heyyəti çalışır. Müəllimlər tam ixtisaslı, məqsədyönlü və Almaniyada IIK-sertifikatı almış dosentlərdir. Kurslar müasir texnika, kompüter və internetlə təchiz olunmuşdur və bu imkanlardan, „Blended Learning“ daxil olmagla, dərslərdə əsaslı şəkildə istifadə olunur. Əlavə olaraq, kurslarda bir sıra müxtəlif layihələr həyata keçirilir, video və kompüterlərdən istifadə olunur və ümumilikdə dərslərin sakin, şən keçirilməsinə diqqət yetirilir. “Axı əyləncə və sevinclə öyrənmək həqiqətən də ikiqat asan olur”.

Almaniya Mədəniyyətlərarası Ünsiyyət İnstitutu - IIK e.V.

İnstitut 1992-ci ildə Almaniyanın Türinqiya vilayətinin Yena (Jena) şəhərində yaradılmışdır və regionun ən tanınmış özəl dil məktəbləri sırasına daxildir. IIKe.Vdil tələbələrini beynəlxalq səviyyədə təsdiq olunmuş imtahanlara hazırlayır və bununla yanaşı müasir xarici dillər üzrə bilik (ECL) sertifikatı üçün regional imtahan mərkəzi və lisenziyalaşdırılmış TestDaF-imtahan mərkəzidir. Almaniyanın Ali məktəblərində təhsil almaq istəyənlərə, DSH və ya TestDaF dil imtahanların ikisindən birini vermək əsas şərtlərdən biridir.

 

 

You are here: Home İİK haqqında